Əli Həsənova yeni vəzifə həvalə olunub - Qərar
Tarix: 28-09-2018 09:12 | Bölmə: Slayd
Əli Həsənova yeni vəzifə həvalə olunub

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib.


Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Komissiyaya sədrlik etmək Baş nazirin müavini Əli Həsənova həvalə olunub.

İndiyə kimi Komissiyaya sədrliyi Baş nazirin sabiq müavini Elçin Əfəndiyev icra edirdi.

Qeyd edək ki, gələn il - 2019-da Azərbaycanda əhalinin yeni siyahıyaalınması keçiriləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}