“Qanuni oğru” Quli internet ulduzuna çevrilib: “Hamını salamlayıram!”
Tarix: 04-10-2018 19:18 | Bölmə: Slayd
“Qanuni oğru” Quli internet ulduzuna çevrilib: “Hamını salamlayıram!”

“Qanuni oğru” Nadir Səlifov (Quli) yenidən kriminal və kriminala yaxın ictimaiyyəti silkələyib.

Reyting.az xəbər verir ki, bunun üçün ona internetdə bir neçə saniyə görünmək kifayət edib.

Sosial şəbəkədə “qanunçu”nun bir neçə kişinin əhatəsində əl yelləyir və “bütün alicənablara” salam göndərir.

Tamaşaçılar öz növbəsində bu video-müraciətə müxtəlif reaksiya veriblər. Bəziləri sevinərək Quliyə hörmətlə cavab veriblər. Digərləri onu media ulduzuna çevrilməkdə günahlandıraraq bunun “oğru” anlayışına zidd olduğunu bəyan ediblər.

“Quli piar üçün nə qədər ödəyib ki, onu internetdə ulduz kimi təbliğ edirlər?” – kommentlərdən birində yazılıb.

Bir başqası onu həmişə xəbərlərdə adı keçən Alla Puqaçova ilə müqayisə edib.

Bu, Qulinin internetdə ilk dəfə peyda olması deyil. Bundan əvvəl Qulinin həbsxanadan buraxılandan sonra Türkiyədən birbaşa yayımı ilə bağlı məlumat verilib.

Özünün Rusiyadan və Azərbaycandan uzaqda, hətta Ukrayna və Baltikyanı ölkələrdəki əlaltılarından uzaqda olan Quli sosial şəbəkə vasitəsilə tapşırıqlarını verib, hətta “baxıcıları”nı təyin edib. Yeri gəlmişkən, o, videolarından birində Gəncə şəhərini öz yaxınlarından birinə - Rəşad İsmayılova (Rəşad Gəncəliyə) həvalə edib.

O, eyni zamanda internet vasitəsilə bütün tərəfdarları ilə ünsiyyətdə çoxsaylı suallara cavab verib, bu və ya digər hadisə ilə bağlı baxışlarını açıqlayıb.

Quli bu cür kommunikasiya vasitələrindən uzun müddət həbsdə olanda da istifadə edib. O, Skype vasitəsilə öz məsələlərini həll edirdi.

Bu yolla Quli hətta cəza təyin edə bilirdi. Məsələn, 2014-cü ildə onun sifarişi ilə “Matrosskaya tişina” təcridxanasında killer Nazim Hümbətovun (Nazim Xromoy) və “avtoritet” Erdak Lənkəranskinin rəhbərliyi ilə bir qrup cinayətkar Qulinin çoxdankı düşməni Zayka ləqəbli Zaur Əliyevi vəhşicəsinə döymüşdülər.

Bu zaman bütün proses Skype vasitəsilə yayımlanıb, Quli özü də Azərbaycan həbsxanasından baş verənləri seyr etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}