İnterpolun prezidenti yoxa çıxıb
Tarix: 05-10-2018 14:36 | Bölmə: Slayd
İnterpolun prezidenti yoxa çıxıb

Fransada İnterpolun prezidenti Men Xunveyanın yoxa çıxması ilə bağlı araşdırma başlanılıb.

Reyting.az bildirir ki, “Reuters” bu barədə Fransa polisinə istinadən məlumat yayıb.

İstintaq hərəkətlərinin onun yoxa çıxması ilə bağlı müraciətdən sonra başlandığı bildirilir.

Digər məlumata görə, 64 yaşlı kişi sentyabrın 29-da Fransadan Çinə gedib. Ondan sonrakı bir həftə ərzində heç kim ondan heç bir informasiya almayıb: Men Xunyevanın harada olduğu, sağ qalıb-qalmadğı bilinmir.

Xunveyanın yoxa çıxması haqda məlumatı onun həyat yoldaşı verib. Qadın uşaqları ilə İnterpolun mənzil-qərargahının yerləşdiyi Londonda yaşayır.

Men Xunvey təşkilatın prezidenti 2016-cı ildə olub, bu postda ilk qadını, fransalı Mirey Balestrazi əvəzləyib. O buna qədər Çinin ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsində işləyib, eləcə də İnterpolun Çin Xalq Respublikasındakı Milli mərkəzi bürosuna rəhbərlik edib.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}