Ana müxalifət lideri siyasətdən getdi - Səbəb
Tarix: 06-10-2018 19:45 | Bölmə: Slayd
Ana müxalifət lideri siyasətdən getdi

Avstriyanın keçmiş baş nazir, Sosial Demokrat Partiyanın lideri Kristian Kern yorulduğunu əsas göstərərək aktiv siyasətdən çəkilib.

Reyting.az xəbər verir ki, Kern mətbuata verdiyi açıqlamada, siyasətə ticarət və sahibkarlığı qoyaraq qatıldığını bildirərək, ömrünün sonuna qədər peşəkar bir siyasətçi olaraq həyatını davam etdirmək istəmədiyini deyib.

Siyasətin içində yer alan "bəzi intriqalar və kiçik oyunlardan" yorulduğunu ifadə edən Kern, "Peşəkar bir siyasətçi deyiləm, iş dünyasına qayıtmaq istəyirəm. Bu mənim şəxsi qərarım və aldığım qərardan peşiman deyiləm", - dfikrini bölüşüb.

Kern 2019-cu ildə keçiriləcək Avropa Parlamenti seçkiləri üçün Sosial Demokrat Partiyasının baş namizədi olaraq seçkilərə gedəcəyini açıqlayıb və seçkilərin ardından da partiya sədrliyindən istefa verəcəyini bildirmişdi.

Avstriya Dövlət Dəmir Yollarının rəhbəri vəzifəsindən ayrılaraq siyasətə girən Kern, 2016-cu ildə qaçqın böhranı səbəbi ilə istefa etmək məcburiyyətində qalan Sosial Demokrat Partiyasının keçmiş rəhbəri və baş bazir Verner Faymannın yerinə partiya sədrliyi və baş nazir vəzifələrinə gətirilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}