Bolton: "Tramp Amerikanın Azərbaycanla bağlı qadağasını aradan qaldıra bilər"
Tarix: 25-10-2018 08:38 | Bölmə: Slayd
Bolton: "Tramp Amerikanın Azərbaycanla bağlı qadağasını aradan qaldıra bilər"

ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra bilər.

TASS xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.

Con Bolton bildirib ki, Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa dəstək" Aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün sələfləri kimi öz səlahiyyətlərindən istifadə edə bilər.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}