ABŞ İran əleyhinə sanksiyalar siyahısına Azərbaycanın boru kəməri layihəsini salmayıb
Tarix: 02-11-2018 23:28 | Bölmə: Slayd
ABŞ İran əleyhinə sanksiyalar siyahısına Azərbaycanın boru kəməri layihəsini salmayıb

ABŞ “Şahdəniz” qaz yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcək Azərbaycanın boru kəməri layihəsini yaxın günlərdə bərpa olunacaq İran əleyhinə sanksiyalar üzrə istisnalar siyahısına daxil edib.

Reyting.az bildirir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-də ölkənin federal reyestrində yayılan elektron bildirişində qeyd edilir.

Məlumata görə, bu qərar noyabrın 5-dən qüvvədə olacaq.

Bildirişdə qeyd edilir ki, İran əleyhinə bərpa olunacaq məhdudiyyətlər Azərbaycandan Türkiyə vasitəsilə Avropaya təbii qaz nəqli üçün boru kəmərinin tikintisi və istismarı layihələri ilə bağlı əqdlərə kömək edən şəxslər barəsində tətbiq edilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}