Lukaşenko Rusiyaya qarşı çox qəzəbli danışdı: “Elə qudurublar ki...”
Tarix: 11-04-2019 14:56 | Bölmə: Slayd
Lukaşenko Rusiyaya qarşı çox qəzəbli danışdı: “Elə qudurublar ki...”

Belarus prezidenti Aleksandr Lukaşenko öz hökumətinin iqtisadi blokunun müşavirəsində Rusiya ilə qarşılıqlı münasibətlər mövzusunu qaldırıb.

Reyting.az
Belarus mətbuatına istinadən bildirir ki, o, əvvəlcə qeyd edib ki, Rusiya Minskə qarşı daha çox sanksiya tətbiq edir.

Lukaşenko sonra bəyan edib ki, yarım il əvvəl Belarusdan keçən neft və neft məhsulları kəmərini təmir etmək zərurəti yaranıb. Onları bağlamaq lazım idi, ancaq Minsk bunu etmədi, başa düşdü ki, bu, Rusiyaya ziyan vuracaq.

Belarus prezidentinin sözlərinə görə, indisə başqa cür davranmaq lazımdır: “Əgər Belarusdan keçən neft və neft məhsulları kəmərini təmir etmək lazımdırsa, dayandırın və təmir edin. Ona görə ki, bizim Rusiya Federasiyası üçün etdiyimiz yaxşılıq həmişə bizə yamanlığa çevrilir. Orada artıq qudurublar, bizim əlimizi burmağa başlayırlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}