Nazir üç departamentə baş direktor təyin edib – Siyahı
Tarix: 05-01-2017 14:46 | Bölmə: Slayd

Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinə rəhbərlər təyin olunub.

Reyting.az xəbər verir ki, nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Habil Məmmədov Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib. Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi isə Ağasəməd Əfəndiyevə həvalə olunub. Sərxan Məmmədov isə Bakı şəhəri Kiçik sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsinə təyinat alıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}