AFFA-nın keçmiş prezidetinin bacısı və kürəkəni qətlə yetirilib - Evləri yandırılıb
Tarix: 24-02-2018 16:45 | Bölmə: Slayd
AFFA-nın keçmiş prezidetinin bacısı və kürəkəni qətlə yetirilib

Tovuz rayonunda baş vermiş yanğında iki nəfər ölüb.

Reyting.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məlumata görə, baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.

Reyting.az saytı axar.az-a istinadla xəbər verir ki, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.

Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də vəfat edib.

Musavat.com-un Tovuz rayonunda olan əməkdaşı araşdırıb ki, ər-arvada qarşı əslində qətl hadisəsi baş verib. Qonşuların verdiyi məlumata görə, mərhumlar - Fərman Məmmədov və Pakizə Mirzəyeva naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirilib, daha sonra hadisəyə yanğın görüntüsü verilib.

Hadisədən sonra evi müşahidə etmək imkanı olan qonşular musavat.com -un müxbirinə deyiblər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda, ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar. Qətli törədənlər yanğın törətməyə cəhd ediblər. Divanın bir qismi və Pakizə Mirzəyevanın ölü tapıldığı çarpayının bir qismi yanıb və yanğın dayanıb. Bunun da nəticəsində hadisənin qətl olduğu aşkarlanıb. Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Lakin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}