Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişib
Tarix: 06-04-2018 10:03 | Bölmə: Slayd
Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişib

Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

Baş nazir Artur Rasi-zadənin təsdiq etdiyi dəyişiklik prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

1. 5.5-ci bəndə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında "Nazirlər Kabineti” sözləri "Prezidenti” sözü ilə əvəz edilsin.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}