“Efirlərə çıxan “mavi”lər cəmiyyəti pozub” - Əli Mirəliyev
Tarix: 19-08-2017 15:34 | Bölmə: Şou-biznes / Xəbərlər
“Efirlərə çıxan “mavi”lər cəmiyyəti pozub”
Son vaxtlar Azərbaycanda cinsi zorakılıq halları artıb. Ölkə KİV-lərinin yazdığına görə, belə iyrənc əməllərlə üzləşənlər arasında məktəb yaşlı uşaqlar da var.
Cəmiyyətin ayrı-ayrı nümayəndələri bu biabırçılığı pisləsələr də, bunun problemin həllinə təsiri olmayacaq. Yəqin elə bu səbəbdəndir ki, bəzi deputatlar Milli Məclisin payız sessiyasında problemin müzakirəyə çıxarılacağını bildiriblər.
Belə əməlləri pisləyənlərdən biri də müğənni Əli Mirəliyevdir. Ə.Mirəliyev “Reytinq”ə açıqlamasında cinsi zorakılıq hallarının artmasına görə ayrı-ayrı telekanalları da ittiham edib:
“Sovet hökuməti dağıldı, insanlar azadlıq istədi. Amma azadlıq çoxlarına mənfi yöndə təsir elədi. İndi bəzi cavanlar pozulub.
Bəziləri elə başa düşür ki, bu dünyada nə edirsən et, səni heç kim görmür. Amma hər seyi, insanların etdiyi bütün əməlləri Allah görür. Ona görə də Allah bizə bəla göndərir. Dəhşətdir ey, insan balaca oğlan, yaxud azyaşlı qızla necə cinsi əlaqədə ola bilər?”
Ə.Mirəliyev iddia edir ki, cinsi azlıqların da belə halların artmasında rolu var:
“Mavi”lərin efirlərdə görünməsi, veriliş aparmaları yaxşı hal deyil. “Mavi”lər efirlərdə nəyi təbliğ edirsə, bəzi gənclər də onu təkrarlamaq istəyir. İyrənc hərəkətlər cəmiyyətə efirdən ötürülür. Efirlərə çıxan “mavi”lər cəmiyyəti pozub. Bunlar həm də şou-biznesin biabırçılıqlarıdır. Onların ağrısını çəkirik. Əgər onlar efirə çıxıb pis vərdişləri təliğ etməsəydilər, belə vəziyyət yaranmazdı. Fikrimcə, cinci zorakılıqlara son qoymaq istəyiriksə, ilk növbədə efirlərdəki “mavi”ləri yığışdırmalıyıq. Əks təqdirdə bu xəstələr ölkəni ucuruma aparacaqlar. “Mavi”yə efir verirlər, o isə “mavi”liyi təbliğ edir. Bu məsələdə bəzi telekanalların rəhbərləri də məsuliyyət daşıyırlar.
Tutaq ki, cəmiyyət Tolikdən nə öyrənəcək? Tolik veriliş aparır. Axı, o kimdir? Bilinmir ki, qadındır, yoxsa kişi? Bunu yuxarılar görmür? Ölkə o günə qalıb ki, veriliş aparmağa kişi tapılmır?”
Müğənni qeyd edib ki, bəzi teleaparıcıların nə musiqi savadları var, nə də mədəniyyətləri:
“Bəzi şəxslər əllərinə bir cemodan alıb, düşüb şəhərin canına ki, guya prodüserdir... Cavanlar belələrindən nə öyrənsin? Saqqal basıb, sırğa qulağında, şortik də əynində... Belə kişi olar? Kişi bizik, onlar yox.
Qadınlar, qızlar qalıb bir yanda, kişi kişi ilə ailə qurur. Bu, biabırçılıqdır”.
Onu da qeyd edək ki, millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva insanları cinsi zorakılığa məruz qoyanlara qarşı cəzaların sərtləşdirilməsini tələb edirlər. Hətta belə cinayətə əl atanlara qarşı axtalanma cəzasının tətbiqi də təklif edilir. Ə.Mirəliyev də axtalanma təklifini dəstəkləyir: “Gözəl təklifdir, qoy belə şəxsləri axtalasınlar. Başqa çıxış yolumuz yoxdur.
Bu gün qadına baxan yoxdur. Qız neynəsin, kimə ərə getsin? Məcbur olub ingilisə gedir. İngilis də 2 ay fırladır, sonra atır küçələrə. O da olur küçə qadını... Deputatlar bu işə əncam çəkməlidir”.
Qeyd edək ki, yay fəsli bitmək üzrə olsa da, müğənni bəzi həmkarlarından fərqli olaraq, istirahət etmədiyini də bildirib: “Bütün yayı Mərdəkanda oldum. Mərdəkan mənim üçün xarici ölkələrdən qat-qat yaxşıdır. Heç yerə getmədim. Bir də harasa getmək üçün imkan olmalıdır”.
Sosial şəbəkələrdən istifadə edə bilmədiyini deyən müğənni bildirib ki, bəzi məlumatları dostlar-tanışları və qızı vasitəsi ilə alır. Hətta müğənni həmkarı Nazimin ağır xəstəliyə düçar olmasını onlar vasitəsi ilə öyrənib: “Bu xəbərdən çox pis oldum, ondan nigaranam. Mən bu günlərdə ona mütləq zəng edəcəyəm”.
Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}