18:12 / 14-11-2018
Yerevanda atışma
Frans Kafkanın çaqqallarına ehtiramla - Esse
Tarix: 03-11-2018 10:07 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Frans Kafkanın çaqqallarına ehtiramla

(esse)

Müstəqilliyimizin 100 illiyini elliliklə bayram etdik. Bu qüruru hələ də bölüşməkdəyik. Əksəriyyətimiz bir o qədər dərindən mahiyyətinə varmasaq da, əslində, bu, ələdüşməz xoşbəxtlikdir. Tanrının bəni-insana bəxş edə biləcəyi ən böyük sərvət. Təsəvvür edin, əsrlər boyunca (təbii ki, 20-ci əsrin əvvəlindəki 23 aylıq müstəqillik dövrümüzü çıxmaq şərtilə) milyonlarla həmvətənimiz bu müqəddəs arzunun sorağında olub. Neçə-neçə soydaşımız müstəqillik naminə canından keçib, özünü də, əzizlərini də sayagəlməz məhrumiyyətlərə düçar edib. Di gəl, müstəqilliyə qovuşmaq qismətinə düşməyib. Onu da heç vaxt yaddan çıxarmamalıyıq ki, bizə müstəqilliyin - bu Tanrı payının ərmağan edilməsində məhz onların həlledici payı var. Hər birinə min rəhmət, o dünyalarından nur əskilməsin!!!

İndi bizim qarşımızda duran başlıca vəzifə müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin keşiyində daim müntəzir olmaqdır. Bunun üçün isə ilk növbədə qədərincə özünüdərk, indiyə qədər itirdiklərimizin əsl səbəblərini anlamaq və bunların bir daha təkrarlanmaması üçün real yollar aramaqdır. Bir çoxları kimi mən də hələ kommunizmin tüğyan elədiyi əyyamlarda da bu sarıdan xeyli baş sındırmışam. Müstəqilliyimiz bərpa ediləndən sonra da axtarışlarım çoxları kimi mənə də sakitlik verməyib. Nəhayət, gəlirəm mətləb üstə, bəzi qənaətlərimi sizinlə bölüşməyi özümün mənəvi borcum bildim.

Uzun illər boyunca düşündüm, axı, necə oldu ki, biz türk qardaşlarımızdan (təkcə Türkiyə türklərini nəzərdə tutmuram) ayrı düşdük, Turan adlı məmləkətimizi qura bilmədik, bir-birinin ardınca dədə-baba yurdlarımızı yağılar yağmaladı, cənublu, şimallı bir-birimizə həsrətdə qaldıq, saysız-hesabsız soydaşlarımız işğalçıların, şovinistlərin amansızcasına qurbanına çevrildilər, cəlayi-Vətən oldular, dünyanın dörd bir tərəfinə səpələndilər, nəhayət, dığalar torpaqlarımızın daha 20 faizinə yiyə durdular?! Azərbaycanın bel tiri nə zaman qırıldı?! Zənnimcə, bax, başlıca sual budur!!! Axı, Türkiyə türklərindən bizim nəyimiz əskikdir?! Müstəqillikləri yerində, güclü dövlətləri, bir qarış torpaqlarına kimsə əl belə uzada bilməz, dünyada söz sahibi, tükürpədən orduları, kifayət qədər mükəmməl, rəqabətədavamlı iqtisadiyyatları. Axı, biz eyni ata-ananın övladlarıyıq, bəs, bizimki niyə belə tərs gətirdi?!

Baxmayaraq ki, 27 ildən çoxdur müstəqillik, tam əminəm, hələ də əksəriyyətimiz bizim bütün bəlalarımızın kötüyündə ilk növbədə bədəvi ərəblərin ayaqlarının torpaqlarımıza qədəm basdıqları günün dayandığının mahiyyətinə bir o qədər də varmayıb. İnanın, aşımıza haram qatan onlardı. Lənət o günə ki, bədəvilər bizim müqəddəs torpaqlarımıza ayaq açdılar!!! Şəriət adı altında özlərinin mənfur xislətini əsrlər boyunca aşıladılar bizə. Müsəlmanlığı da qılınc gücünə bizə qəbul elətdirdilər. Axıra qədər seçimimizi etməyə aman vermədilər, yəqinki, biz də Türkiyə türkləri kimi müsəlmanlığı da özümüz seçəcəkdik. Kimlərsə deyə bilər ki, bunun mətləbə nə dəxli? Xeyr, bunun həlledici fərqi var. Müstəqilliyini itirmək, üstəgəl də, imanının da kimlərinsə diqtəsi altında formalaşması bir çox acı mətləblərə yol açır.

Məhz 7-ci əsrin ortalarından başlayaraq əvvəlcə cənubdakı, sonra da şimaldakı torpaqlarımızı ərəblərin ayaqaltı eləməsi bizim taleyimizə düyün vurdu. Bədəvilərin bədəvisini, əyərli-üyərlisini, çıxdaşlarını daşıyıb tökdülər Azərbaycana, müqəddəs torpaqlarımızı dədəbə-dədələrinin bilib onları yurdumuzun dörd-bir tərəfində məskunlaşdırdılar. Milyonlarla soydaşımızın qanına susadılar, varımızı-yoxumuzu taladılar, özlərinin küt düşüncə və həyat tərzini sırıdılar bizə. Xərac, cizyə, xüms, zəkatı yüklədilər bizimkilərin belinə. Bizim həyat və insanlıq fəlsəfəmizə haram qatdılar, məişətimizi zibillədilər, bir sıra yaramaz adət-ənənələrini də bizə sırıdılar. Həsəd aparılacaq tariximizi alt-üst elədilər. Bir neçə ərəb ölkəsində (hələ “ən bərkgedənlərində”) şəxsən olmuşam, onların qırımına kifayət qədər bələdəm. Ona görə, qənaətimdə qətiyəm!!! Bizim elliliklə (bir millət olaraq) Vətəni, böyük mətləbləri ən ucada tuta bilməməyimiz onlardan bizə keçmədi. Vətənə axıra qədər sahib çıxa bilməmək də onlardan bizə yoluxub.

Çox uzağa getməyək, onların bugünkü halına diqqət kəsilək. Bir neçə vassal ərəb ölkəsi ilk baxışdan kefdə-damaqdadır. Həqiqi müstəqilliyi olmayanlar bəyəm xoşbəxt millətdir? Təsəvvür edin, sərhədlərini belə az qala xətkeşlə cızıblar. Eyni millətin neçə dövləti olar? Ərəblərin dünyaya yuxarıdan aşağı baxan pullu “kişilər”inin gözlərinin önündəcə dost-doğmaca qardaşlarının başına hansı oyunlar açılmır ki? Bəzi kalları da belinə “şəhidlik kəməri” bağlayaraq uşaqlı-böyüklü özünkülərin həyatına qəsd edir ki, nə var, nə var, mən cənnətə göndəriş alacam. Sadəcə, Suriyaya, Livana, İraqa və digər ərəb ölkələrinə adicə nəzər yetirmək kifayətdir ki, ərəb düşüncə tərzinin, xislətinin əyani şahidi olasan. Qərbin “Ərəb baharı” tələsində çapalayan bu “siçovullar” onların felinə uyub bir-birini didib-didişdirir, ölkələrini viranə qoyur, bayquşların ulartısına bələnən xarabalıqlara çevirirlər. Bu məqamda yadıma, 1992-1993-cü illərdə yaşadığımız buna oxşar durum düşür. İndi-indi anlayıram ki, bax, bizi də vaxtilə o vəziyyətə salan cılız bədəvilərdən əsrlər uzunu əxz etdiyimiz yarıtmaz xüsusiyyətlərimiz olub. Getsin o günlər, bir də qayıtmasın. Tanrı ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin, bizi o xəcalətdən, bir millət olaraq tarixin arxivinə gömülmək təhlükəsindən xilas etdi, müstəqilliyimizə sahib çıxdı. Çox təəssüf ki, tarixinmi, taleyinmi səhvi ucbatından biz qismən də olsa, onların bu yarıtmaz dünyagörüşünün daşıyıcılarıyıq. Vaxtilə bunu bizim qanımıza hopdurublar. Bunu boynumuza almamağa cəhd edə bilərik, amma reallıq ortadadır. Yoxsa, göz görə-görə türkün 20 faiz torpağına (hələ əvvəlkiləri yada salmıram) sahib çıxmaq olar?

Türkiyə türklərinin bircə qarış torpağına kimsə yiyə dura bilərmi? Biz də onlarla eyniyik, soyumuz da, qanımız da, canımız da birdir. Vaxtında “ərəb virusu”na yoluxmasaydıq, indi belə xəcalətlə üz-üzə qalmazdıq, tam əminəm. Bizimkilərin bir çox çatışmayan cəhətləri, öz doqqazından o yana Vətən tanımaması, böyük məntiqləri əsas götürməməsi, əksər gəda vərdişlərimiz məhz vaxtilə ölkəmizi işğal edən daqqaz ərəblərdən qaynaqlanır. Tanrı Babəkə, onun həmfikirlərinə, onlara qədər bədəvilərə sinə gərən soydaşlarımıza qəni-qəni rəhmət eləsin!!! Digər türklərdən fərqli olaraq öz taleyinə yiyə çıxan (ən əsası, bədəvi çirkabına bulaşmayan!!!) Türkiyə türkləri üçün Tanrı, Vətən, Millət ən uca zirvədədir!!! Ümummilli, taleyüklü məsələlər qabaranda onlarda hamı bir nəfər kimi çəkici eyni zindana vurur, ələlxüsus da, torpaq, bu cür ümummilli qeyrət məsələlərində. Bu, təkcə, ictimai qınaqdan qorxu məsələsi deyil. Başlıca məqam onların qanının tər-təmiz olmasında, özlərini axıra qədər tanımalarındadır!!! Ortada qürur, şərəf duyulası möhtəşəm tarixləri var!!!

Söhbətin bu yerində, diqqəti daha bir danılmaz fakta da çəkmək istərdim. Dünyanın siyasi xəritəsinə diqqət kəsilək. Planetimizdə cəmi ikicə millət var ki, pərən-pərən düşən dövlətləri barmaqla saya gəlmir. Xəritəyə diqqətlə baxın və yaxud yada salın. Görün, neçə ərəb dövləti var?! Dərd orasındadır ki, bizi də - eynisoykökdən olan türkdilli xalqları da özlərinin gününə salıb, yamangünlük eləyiblər. Onlardan bizə ərmağan olan mənfur xislətin ucbatından biz - Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızstan və Rusiyanın ilhaq etdiyi onlarla türk məmləkəti əsrlərlə Türkiyədən ayrı düşdük. Yoxsa, indi hamımızın Turanmı və ya dopdoğma dilimizdə digər adda ucu-bucağı dünyaya sığmayan, Aralıq dənizindən ta Sakit okeana qədər (Rusiyanın caynağına keçirdiyi saya gəlməyən türk məmləkətləri, Çindəki uyğur elləri və digər torpaqlarımız da daxil olmaqla) uzanan Vətənimiz vardı. Bədəvilər məhz tarixin həlledici dövründə - xalqlar, bunun ardınca da mərkəzləşmiş dövlətlər formalaşmağa başlayanda qara daş olub haqq yolumuzu kəsdilər. Tarixdən bəllidir, bu yaramazlar işğal altına saldıqları xalqlardan mədəniyyətcə qat-qat aşağı idilər (hələ də o gündədirlər), dövlətçilik ənənələri bəsit idi, başqalarından dövlət idarəçiliyini, üstün dövlət quruluşunu çırpışdırmaq məcburiyyətindəydilər. Onların bir ucdan daşıyıb bizim ellərdə məskunlaşdırdıqları köçəri bədəvilərin iman edənlər yox (yəni islamı mahiyyətcə dərk eləmək gücündə olanlar yox), boyun əyənlər olduqlarını özləri də etiraf edir, onları bizə sırımaqla bu cahillərdən canlarını qurtarırdılar. Bu danılmaz faktlardır, özlərinin yazılı qədim mənbələrində də əksini tapıb. Diqqət yetirin, tarixin həlledici məqamında bizə dərs verməyə, bizi özünküləşdirməyə (assimilyasiyaya uğratmağa) göndərilənlər baxın görün kimlər olub!!! Sədd, heyf!!!

İsrar etdiklərim birtərəfli görünməsin deyə, bu dəmdə ünlü yazıçı, dünya ədəbiyyat səltənətinin azmanlarından biri Frans Kafka yaradıcılığına üz tutmağın vədəsi yetişdiyi qənaətindəyəm. Bu dahinin yaradıcılığına bələd olanlar, şəksiz, onun “Çaqqallar və ərəblər” hekayəsini, daha doğrusu, bu sənət incisini oxumamış deyillər. Həmin hekayəni birnəfəsə oxuyandan bəri Frans Kafkanın ruhuna dualarım əskilmir. Bu ədəbiyyat nümunəsini ana dilimizə çevirən tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlıya (ruhu daim şad olsun) minnətdarlığım sonsuzdur. Frans Kafkanın çaqqallarına da ehtiramım tükənməzdir!!! Həmin ibrətamiz hekayənin fəlsəfi yükü ölçüyəgəlməzdir, bu, nadir sənət nümunələrindəndir!!! Hər bir azərbaycanlıdan acizanə şəkildə xahiş edərdim ki, internetdə axtarış verərək tapın, oxuyun bu hekayəni, vaxtınız və zəhmətiniz qətiyyən hədər getməz, əksinə, xeyli mətləbdən bir qədər də dərindən hali olacaqsınız. Hələliksə, ən qısa şəkildə hekayədəki bəzi vacib məqamları heç nə artırmadan olduğu kimi sizə çatdırmaq istərdim. Ərəbistan səhrasına şimaldan səyahətə gələn avropalını qoca çaqqalın gileyli ulartısı yerindən oynadır. Qısa zamanda çaqqallar sürü ilə onu əhatəyə alaraq ondan israrla imdad diləyib ərəblərdən canlarını qurtarmaqda yardımçı olmasını istəyirlər. İnsan kimi dilə gəlir, illərlə görüb-götürdüklərini sıralayırlar; “Burada ərəblər arasında tapılmayan ağıl orada (yəni Avropada – A.M) var. Bilirsənmi, bu soyuq təkəbbürdən ağıl qığılcımı qoparmaq olmaz”, “Belə bir xalqın içinə düşməyimizin özü bədbəxtlik deyilmi?”, “Təmizlik istəyirik, Nil çayı da onları yuyub təmizləyə bilməz”, “Onların ağı da murdardır, qarası da, saqqallarının özü də bir dəhşətdir, göz qıyıqlarına baxanda tüpürmək istəyirsən, onlar qollarını qaldıranda qoltuqları cəhənnəm kimi ağız açır. Ona görə də, ey dəyərli ağa, sən hər şeyi bacaran əllərinin köməyilə qayçını götür, bunların boğazlarını üz!”...

Məncə, yetər. Bunlar Frans Kafkanın bədii dillə yazıya aldıqlarıdır. Heç bir şərhə də ehtiyac duyulmur, yəni SÖZSÜZ!!!

İndi şəxsən mən, ötən əsrin 30-cu illərində (təbii ki, bizimlə eyni gündə olan türkdilli xalqları çıxmaq şərtilə) sapı özümüzdən olan baltaların digər millətlərlə müqayisədə sayagəlməyən say-seçmə şəxsiyyətlərimizi, milli məfkurəmizin daşıyıcılarını Sovetin (əslində rus şovinistlərinin) repressiya dəzgahının ağzına böyük canyananlıqla yönəltmələrinin haradan qaynaqlandığını yaxşı anlayıram. İnanın, əgər, bizim mayamıza bədəvi lili, lıqqası qarışmasaydı, biz də vaxtında taleyimizə yiyə çıxaraq Türkiyə türkləri kimi əzəlliyimizi, özəlliyimizi qoruya bilsəydik, nə 20-ci əsrin əvvəlində rus bolşevikləri bizim müstəqilliyimizə qənim kəsilərdi, nə 1990-cı ilin 20 yanvarında ruslar cəsarət edib bizim məmləkətimizə tanklarını yeritməzdilər, nə də haylar cürət edib Qarabağımıza sarı boylanmağı belə ağıllarının ucundan keçirə bilməzdilər. Yəqinki, Siz də mənimlə razlaşırsınız. Düzdür, bütün çatışmazlıqlarımızı bədəvilərin üzərinə yıxmağımız da tam doğru deyil. Türkün də yaramazı, bəsiti kifayət qədərdir, bu da həqiqətdir, mütləq kamil millət yoxdur. Di gəl, türklərdə bu küll halında deyil, ərəblərdəki ilə heç cür müqayisəyə gəlməz. Türklər Ulu Yaradanın say-seçmə bəndələrindəndir, damarlarından hallalıq əskilməz, bəşəri duyğular, insanpərvərlik qanlarındadır.

Qərinələr, əsrlər bir-birini əvəzləsə də, bədəvilər isə düzəlmədilər ki, düzəlmədilər. Bunlar 21-ci əsrdə də hələ neftin, qazın tüstüsünə qızınanlar, mütləqiyyət azarından qurtula bilməyənlər, dövləti bir para nəslin, tayfanın dədə-babasınınkı bilənlər, demokratiya, insan haqlarına tüpürənlər, əyər-əskiklərini, yaramazlıqlarını üzlərinə deyən jurnalist Camal Qaşıqçı kimiləri tikə-tikə edərək “buxarlandıranlar”, öz soydaşlarını ikiqat əyilməyə vadar etməkdən usanmayanlar, bir para millətlərin göylərdə cövlan elədiyi indiki dövrdə də qəflət yuxusundan ayılmayanlar olaraq qalırlar. Heç uzağa getməyək. Turist kimi ölkəmizə gələn bədəvilərin bəzilərinin beşulduzlu mehmanxanalarımızda mükəmməl sanitar qovşaqlarla yatıb-durduqları otaqların fərqinə vara bilməyərək rəzalətə yol vermələri dillər əzbəri deyilmi, ürək bulandırmırmı? Onların bu qəbildən olan saysız-hesabsız heyvərəliklərindən “dastanlar” bağlanmayıbmı? Bu, onların indiki halıdır, təsəvvür edin, 7-8-ci əsrlərdə bizim evimizə soxulub bizə “ustad dərsi” keçmək xülyasına düşənlərdən biz o dövrdə nələri əxz eləyə bilərdik?! Deməli, düşünməyin, daşınmağın, bir daha götür-qoy etməyimizin, özümüzünkü ilə bədəvininkiləri bir-birindən ayırıb, birdəfəlik təpələrinə çırpmağımızın vaxtıdır, əslində, biz bunu çoxdan qaydasına qoymalıydıq. Nə etməli, bu, indi bizim qismətimizə düşüb. Arınmalı, durulanmalı, bədəvilərdən, eləcə də, farslardan, ruslardan, digər yadellilərdən bizə “ərmağan” olanları iç dünyamızdan, dünyagörüşümüzdən, məişətimizdən silib-süpürməyin tam zamanıdır. Təbii ki, bu işin peşəkar səviyyədə, ardıcıllıqla və məqsədyönlü şəkildə aparılmasında milli məfkurəmizin formalaşdırılmasına haqqı çatanlarımızın rolu həlledi olmalıdır.

Bir daha şükürlər olsun ki, indi müstəqilliyimiz yerində, özümüzə görə bir millət olaraq həm mənəvi, həm də maddi varımız-dövlətimiz yetərincədir, insan kapitalına bacardıqca investisiya yatırırıq, yerləşdiyimiz regionda, beynəlxalq aləmdə kifayət qədər tutumlu söz sahibiyik, dünayaya humanizm, multikultrallıq dərsi keçirik, Cocuq Mərcanlı, Naxçıvan istiqamətində hərbi uğurlarımız Qarabağımızı da geci-tezi yağılardan təmizləyəcəyimizin müjdəçisidir. Bundan da böyük mətləblərə yetmək, ötən qısa müddətdə qazandıqlarımızı durmadan artırmaq, müstəqilliyimizin əbədiliyini təmin etmək, bir daha yüksələn bayrağımızın ən ucalarda dalğalanmaqda davam etməsi, bağrımızın, əqlimizin zirvəsində Tanrıyla bərabər Vətənimizin və Millətimizin daimi yerini tutması üçün daha da səfərbər olmalı, bu sırada ilk növbədə canımızdan, ruhumuzdan bədəvilərin, digər yadellilərin xislətindən bizə “miras” qalan xüsusiyyətləri mütləq çıxdaş etməliyik. Allah amanında, Tanrı da bizə yar olsun!!!




Bölməyə aid digər xəbərlər