16:12 / 21-12-2024
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
15:50 / 21-12-2024
Növbəti köç karvanı Şuşaya çatıb - (Yenilənib)
14:17 / 21-12-2024
Azərbaycanda qış fəsli başlayıb
10:43 / 21-12-2024
Zaqatalada həmkəndlisi 25 yaşlı gənci bıçaqlayıb
10:37 / 21-12-2024
Azərbaycan prezidenti almaniyalı həmkarına başsağlığı verib
09:26 / 21-12-2024
Azərbaycan-Ermənistan sərhədində ard-arda zəlzələlər olub
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
20:27 / 20-12-2024
İlham Əliyev Ərdoğana məktub göndərib
20:23 / 20-12-2024
Prezident QSC sədrini vəzifədən azad edib - Yeni təyinat
20:15 / 20-12-2024
BP Kərkükün neft-qaz yataqlarını istismar edəcək
19:03 / 20-12-2024
Qoruqdakı timsahın 124 yaşı, 10 min balası var
18:26 / 20-12-2024
Əliqulu dünən evlənmədi - Foto
18:25 / 20-12-2024
Aktyora "Ən yaxşı atıcı" mükafatı verilib - Foto
18:01 / 20-12-2024
Rəqəmsal İnkişaf Agentliyində müşavir təyinatı olub
17:47 / 20-12-2024
Hərbçimiz sərhəddə minaya düşüb
17:41 / 20-12-2024
Dövlət Su Ehtiyatları Agentliyində maliyyə nöqsanları üzə çıxıb
17:30 / 20-12-2024
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkarlanıb
17:12 / 20-12-2024
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
16:54 / 20-12-2024
Məşhur aktrisa dodaq boyasının simasıdır
16:48 / 20-12-2024
Mixail Mişustin Azərbaycan prezidentinə məktub göndərib
16:43 / 20-12-2024
Çin lideri İlham Əliyevi təbrik edib
16:40 / 20-12-2024
Əhmədzadə Niderlanda səfir təyin olunub - Sərəncam
16:31 / 20-12-2024
Arnold Şvartseneqqer Santa Klaus olacaq - Fotolar
16:19 / 20-12-2024
Yaşar Əliyev Çexiyaya səfir təyin edilib
16:16 / 20-12-2024
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib
16:04 / 20-12-2024
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
15:58 / 20-12-2024
Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb
15:41 / 20-12-2024
NATO Rusiyaya qarşı hərbi xərcləri artırmalıdır - Kəşfiyyat
15:27 / 20-12-2024
Qarabağda 602 nəfərin nəşinin qalıqları tapılıb
15:05 / 20-12-2024
173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
21:30 / 16-12-2024
Hollivud ulduzu "İfritə"ni canlandıracaq
10:51 / 18-12-2024
MMC sakinləri təhlükə ilə üzləşdirib - Müraciət
14:53 / 18-12-2024
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
13:03 / 18-12-2024
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
09:26 / 17-12-2024
Bir məşhur digərini görməmək üçün 60 milyon dollardan imtina edir
11:46 / 17-12-2024
"Avatar" filminin bir neçə bölümünü çəkəcəklər - Fotolar
09:55 / 17-12-2024
Müğənni Günel təhdid edilib
23:21 / 17-12-2024
"Neftçi" "Sabah"a qalib gəlib
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
18:02 / 17-12-2024
Ağadadaş Ağayevin məhkəməsi təxirə salınıb
13:33 / 19-12-2024
Yadplanetlilərlə görüş üçün beş nəfər seçilib - Siyahı
İkiyə bölünməyən xiyar
Tarix: 25-08-2018 13:04 | Bölmə: Seymur BAYCAN
(Gecikmiş hekayələr silsiləsindən)
Axşam düşdü, dükanlar bağlandı, gündüzkü qaynar həyatdan sonra örtülü bazarı məzar sükutu bürüdü. Yalnız orda-burda gözətçilər arabir nəzərə çarpırdı. Şükür isə hələ də burada idi. O, örtülü bazarın dar dalanlarında, yekə qıfıllı, kiçik qapılı dükanların önündən, başını yuxarı qaldırmadan arxasında palan, ümidsiz-ümidsiz, yorğun-yorğun addımlayırdı. Arıq çiyinlərindən tökülən köynəyinin açıq yaxasından boynundan asılmış üçkünc dua görünürdü. Dərisinin altından sümükləri o qədər kəskin seçilirdi ki, bu sümüklərin dərini deşib bayıra çıxmadığına adam təəccüblənirdi. Bığları ona yaraşmır, üzünə qorxaq ifadə verirdi.
Nəhayət, hambalın boş bazarda gəzintisi gözətçiləri bezdirdi. Onların bir neçəsi bir ağızdan Şükürün üstünə qışqırdı:
- Bu vədə boş bazarda nə veyillənirsən, kişi? Niyə xarabana getmirsən?
Şükür bu çığırtılardan qorxdu və bazardan şəhərə çıxdı. Axı o hara gedəydi? Kirayədə yaşadığı otağın sahibi iki gün qabaq onu bayıra atmış, otağın kirayəsini gətirməzsə, həyətə ayaq basmamasını əmr etmişdi. Şükür bu iki gündə nəinki otağın kirayəsini qazana bilməmişdi, cibindəki axırıncı qəpiklərlə dünən bir tikə çörək alıb yemişdi. Bu gün isə səhərdən dişinə heç nə vurmamışdı. Axşamadək burnunu gah ora, gah bura soxub vurnuxmuşdu, bütün bazarı əldən-ayaqdan salmışdı, ancaq bir şey qazana bilməmişdi. Yuxusuzluq, yorğunluq, ümidsizlik, aclıqla qarışıb vücuduna həmlə edərək Şükürün görkəminə xəstə bir görkəm vermişdi. Şükür bu görkəmdə gəlib şəhərin baş xiyabanına çatdı. O, xiyabanda rahat-rahat gəzən tacirlərə, qırmızı saqqallı hacılara, ağalara, qara çəkməli zabitlərə, təmiz geyinmiş şux gənclərə, üzləri boyalı xanımlara nəzər saldı və özünü bu aləmdə yad, kimsəsiz hiss etdi. Yalın, kirli ayaqla, boş ciblə, ac qarınla xiyabana girməyə cəsarət eləmədi. Qəlbini öldürücü bir nisgil bürüdü. Özünün özünə yazığı gəldi. Oğrun-oğrun yan-yörəsinə göz gəzdirdi. Başını yavaş-yavaş göyə qaldırdı. Bir müddət buludlara baxdı. Sanki Allahın hansı buludun arxasında dayana biləcəyini müəyyən etmək istəyirdi. Baxışlarını yekə bir buludun üstündə saxladı və yazıq-yazıq zarıdı:
- Pərvərdigara, sən özün mənə bir tikə çörək ver! Yazığam! Sən özün şahidsən ki, səhərdən dilimə bir tikə çörək dəyməyib.
Onun aşağı göz qapaqlarında sap kimi nazik yaş qatı göründü və iriləşib şəffaf dənəciyə çevrildi. Dənəcik getdikcə iriləşdi və birdən sol gözdən aralanıb yanağı ilə aşağı axdı.
Bəli, vəziyyət müşkül idi. Şükür nə edəcəyini bilmədən dar küçələri gəzib dolaşmağa başladı. Dar küçələrin birində ayaqlarının yanında zəif bir inilti eşitdi:
- Qardaş, Allah xətrinə, bu uşağa bir tikə çörək ver!
Dilənçi qadın çılpaq körpəsini cır-cındıra bürüyüb səki üstündə oturmuşdu. Bu zaman təxminən 20-25 yaşlı bir gənc onların hər ikisinə – Şükürə və dilənçi qadına baxıb yüngülvari qəhqəhə çəkdi:
- O bədbəxtin nəyi var ki, sən bədbəxtə də verə? Götürün!
Gənc əlindəki torbadan yoğun bir xiyar çıxarıb qadınla Şükürün arasındakı qısa məsafənin düz ortasına atdı. Şükür və qadın eyni anda xiyara tərəf əyildilər. Hərəsi xiyarın bir tərəfindən yapışıb özünə tərəf çəkdi. Xiyar sırtıqlığına salıb ortadan qırılmadı. Qadın Şükürdən daha güclü idi və bu gücün sayəsində xiyarı Şükürün əlindən alıb cəld iki döşünün arasına soxdu. Şükür əlini xiyarın soxulduğu yerə uzada bilmədi. Xiyar davasında məğlub edilmiş Şükür cır-cındıra bürünmüş uşağı qeyri-ixtiyari olaraq qadının qucağından götürüb qəzəblə qadının təpəsinə çırpdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır