Tarix: 17-10-2016 17:59 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bu gün "Təfəkkür” Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.
Reyting.az saytı Azadinform-a istinadla xəbər verir ki, o səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.
M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O çıxışında universitetin yaranmasında və formalaşmasında xidməti olanların hamısına təşəkkür edib.
Tədbirdə digər çıxış edənlər professor Müşfiq Atakişiyevə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.
Bölməyə aid digər xəbərlər