18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qərb Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil
Tarix: 08-06-2023 12:28 | Bölmə: Dünya
Qərb Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil

Ukrayna Qərbdən təhlükəsizliyin təminatı üçün uzunmüddətli təhlükəsizlik zəmanəti istəsə də, müttəfiqləri hələ ki, bunu verməyə hazır deyillər.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadla məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı aylarla aparılan müzakirələrə baxmayaraq, beş avropalı diplomat deyir ki, Qərb alyansı hələ də Ukraynanın sorğusuna necə cavab veriləcəyi ilə bağlı bütün elementlərdə fikir ayrılığına malikdir.

Diplomatların fikrincə, müttəfiqlərin NATO-nun əsas sammiti çərçivəsində Vilnüsdə görüşməsinə cəmi beş həftə qalmasına baxmayaraq, təhlükəsizlik təminatları məsələsi açıq qalır. Ukrayna isə bu sammiti bir növ son tarix kimi təyin edib və müttəfiqlərin Ukraynanı NATO-ya qəbul etmək üçün aydın öhdəliklər götürmələrini və bu yolda təhlükəsizlik zəmanətləri vermələrində israr edir.

"Ukrayna NATO-dan "yox" eşitmək baxımından dünyanın ən təcrübəli ölkəsidir", - deyə Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina şikayətlənib.

O, deyib ki, Ukraynaya aydınlıq lazımdır:

"Ukraynanın NATO-ya üzvlüyü qaçılmazdır və bir növ sövdələşmə vasitəsi olmayacaq".

Beləliklə, Kiyev tərəfdarları narahat reallığın öhdəsindən gəlməyə çalışırlar: onların çoxu hazırda Ukraynaya NATO-ya daxil olmaq üçün konkret qrafik vermək istəmir. Lakin onlar həm də ukraynalıları məyus və ya gələcəkdə növbəti işğala məruz qoymaq istəmirlər.

Nəticədə, bir sıra Qərbi Avropa liderləri getdikcə daha çox təhlükəsizlik təminatlarına can atırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər