18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Medvedev Qərb ölkələrini xəbərdar edib
Tarix: 14-06-2023 11:54 | Bölmə: Dünya
Medvedev Qərb ölkələrini xəbərdar edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını”ndakı təxribata görə mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib.

Reyting.az
-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, Medvedev Telegram kanalında qeyd edib ki,
“Şimal axını”nda yaranmış problemlərə Qərb ölkələrinin şərik olmasının sübutlarını nəzərə almaq lazımdır.

“Qərb ölkələrinin “Şimal axını”nın pozulmasında sübut olunmuş şərikliyinə əsaslansaq, o zaman düşmənlərimizin okeanın dibi boyunca çəkilmiş kabel rabitəsini məhv etməkdən çəkinmək üçün heç bir, hətta mənəvi məhdudiyyətimiz qalmayıb”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın ABŞ-dakı nümayəndəsi Andrey Ledenev ABŞ hakimiyyətini və ümumilikdə Qərb ölkələrinin nümayəndələrini “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı müstəqil araşdırmaya başlamaq istəməməkdə ittiham edib.

A. Ledenev bildirib ki, qaz kəməri partlayışları ilə bağlı “şəffaf və obyektiv” beynəlxalq araşdırma aparılmalıdır. Hətta ABŞ-ı da bu araşdırmaya kömək etməyə çağırıb.

Onu da qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynaya “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin “partlayışlarının” nəticələri barədə xəbərdarlıq etdiyini bildirən məqalə dərc edib.

Məsələdən xəbərdar olan rəsmilər bildiriblər ki, bu, ötən ilin yayında Ukrayna planı haqqında ətraflı məlumat aldıqdan sonra baş verib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər