18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avropa İttifaqını üç ölkənin hesabına genişləndirmək istəyirlər
Tarix: 14-06-2023 20:23 | Bölmə: Dünya
Avropa İttifaqını üç ölkənin hesabına genişləndirmək istəyirlər

Almaniya Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib. Bu strategiyada Gürcüstanın da Avropa İttifaqına daxil olması nəzərdə tutulur.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, 76 səhifəlik sənəddə qeyd olunur ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi sülh və azadlıq şəraitində yaşamağı təmin etməkdir.

Hökumətin hazırladığı sənəddə bildirilir ki, Almaniya bunun üçün NATO və Avropa İttifaqına sadiqdir.

Strategiya Almaniyanın hərbi xərclərini ÜDM-in 2 faizinə qədər artırmaq niyyətinə də istinad edir.

Sənəddə həmçinin, Avropa İttifaqının genişlənməsindən danışılır və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın gələcək üzvlüyündən bəhs edilir.

“Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Avropa İttifaqının gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin edən geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının gələcək inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, - sənəddə qeyd olunur.

Avropa İttifaqının genişlənməsinə hazırlaşmaq üçün ittifaq daxilində islahatların vacibliyi də diqqətə çatdırılır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər