18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Medvedev: “Bizə NATO və onun tərkibində Ukrayna lazım deyil”
Tarix: 15-06-2023 22:31 | Bölmə: Dünya
Medvedev: “Bizə NATO və onun tərkibində Ukrayna lazım deyil”

“Rusiyaya NATO və müvafiq olaraq NATO-nun tərkibində Ukrayna lazım deyil”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberqə cavab olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

D. Medvedevin xatırlatmasına görə, Stoltenberq deyib ki, hərbi əməliyyatlar bitdikdən sonra alyans Ukraynanın NATO-ya qəbulu ilə bağlı stabil siqnallar məsələsinə baxacağını bəyan edib.

Onu da qeyd edək ki, bundan əvvəl Avropa Parlamentinin deputatları qəbul etdikləri qətnamədə NATO-nu münaqişə başa çatdıqdan sonra Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyası prosesinə başlamağa çağırıblar.

Parlamentarilər həmçinin Avropa İttifaqı və NATO üzvlərini Ukraynanın alyansa yekun qəbulundan əvvəl də Kiyevlə sıx əlaqə saxlamağa və əməkdaşlıq etməyə səsləyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər