18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Putinə qarşı sənəd tezliklə Ermənistan parlamentinə təqdim olunacaq
Tarix: 16-06-2023 18:50 | Bölmə: Dünya
Putinə qarşı sənəd tezliklə Ermənistan parlamentinə təqdim olunacaq

Tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Nizamnaməsi ratifikasiya üçün Ermənistan Milli Assambleyasına təqdim olunacaq. Reyting.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Bu barədə Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr departamentindən sorğuya cavab olaraq bildirilib.

Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi bəyan edib ki, Ermənistanın hələ 1998-ci ildə imzaladığı, lakin sonradan ratifikasiya etmədiyi BCM-nin Roma Əsasnaməsi respublika Konstitusiyasına uyğundur.

Bu qərardan bir neçə gün əvvəl BCM Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bunun ardınca beynəlxalq ekspertlərin bəyanatları səslənib ki, Ermənistan BCM-nin Roma Əsasnaməsinə qoşularsa, Rusiya Federasiyasının Prezidenti bu əraziyə gələrsə, onu həbs etmək məcburiyyətində qalacaq.

Ermənistan hökuməti hələ ki, Ermənistanın qeyd-şərtlə beynəlxalq müqaviləyə qoşulub-qoşulmayacağını dəqiqləşdirməyib. Ermənistanın hakim partiyasının İrəvanın BCM-nin Roma Statutuna qoşulması təşəbbüsünə səs verib-verməyəcəyi də bəlli deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər