Şimali Koreya Rusiyaya sursat ixracına hazırlaşır
Tarix: 08-08-2023 12:39 | Bölmə: Dünya
Şimali Koreya Rusiyaya sursat ixracına hazırlaşır

Şimali Koreya lideri Kim Çen In ölkədəki əsas silah zavodlarını, o cümlədən iri çaplı çoxillik raket sistemləri üçün mərmilər və strateji qanadlı raketlər üçün mühərriklər istehsal edən zavodları yoxlayıb.

Reyting.az
xəbər verir ki, bəzi ekspertlər bunu Pxenyanın yaxın dövrdə Rusiyaya silah ixracatına başlaması kimi qiymətlədirir.

“Son yoxlamaların bir neçə məqsədi var idi - ölkənin müdafiə sektorunda əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, Seul və Vaşinqtonun birgə hərbi təlimlərinə cavab vermək və silah ixracına nail olmaq”, - bunu Cənubi Koreyanın rəsmisi Ku Ben Sam deyib.

Onun sözlərinə görə, səfər zamanı KXDR lideri “milli müdafiənin iqtisadi işi” ifadəsindən istifadə edib ki, bu da sursat ixrac etmək niyyətindən xəbər verə bilər.

“Şimali Koreyanın belə bir ifadə işlətməsi görünməmiş haldır. Əgər bu, silah ixracını nəzərdə tutursa, təəssüf ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını (nüvə və silah proqramlarını qadağan edir) açıq şəkildə bəyan edib”, - Cənubi Koreya rəsmisi deyib.

Məlumata görə, KXDR Rusiya ilə hərbi əməkdaşlığı gücləndirir. Xüsusilə, iyulun 27-də keçirilən hərbi parada Kim Çen Inn ilə yanaşı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və digər yüksək çinli məmur da qatılıb. Şoyqu Pxenyanda silah sərgisinə, o cümlədən yeni hücum və casus dronlarına və qitələrarası ballistik raketlərə də baxıb.

Xatırladaq ki, iyul ayında S. Şoyqu Koreya müharibəsinin başa çatmasının 70 illiyini “qeyd etmək” üçün Şimali Koreyaya dəvət olunub.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Koreya Xalq Demokratik Respublikası ilə əməkdaşlığı genişləndirməyə çalışır və Ukraynaya qarşı müharibədə istifadə üçün mərmilər əldə etmək istəyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər