20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Britaniya “Vaqner” qrupunu terror təşkilatı kimi tanıyıb
Tarix: 15-09-2023 16:42 | Bölmə: Dünya
Britaniya “Vaqner” qrupunu terror təşkilatı kimi tanıyıb

Böyük Britaniya “Vaqner” qrupunu (PMC "Wagner") terror təşkilatı kimi rəsmən tanıyıb.

Reyting.az
xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 15-dən Rusiyanın "Vaqner” qrupu terror təşkilatı kimi tanınıb və qərar dərhal qüvvəyə minib.

Qeyd edək ki, bundan sonra Britaniyada “Vaqner” qrupuna üzv olan və ya onu aktiv şəkildə dəstəkləyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar: cəza cərimə və ya 14 il müddətinə azadlıqdan məhrumetmədir.

Onu da qeyd edək ki, Britaniyanın terror təşkilatları siyahısında “Vaqner” PMC-dən başqa daha 78 qrup var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər