İsrail-HƏMAS müharibəsi ilə bağlı qorxulu ssenari…
Tarix: 11-10-2023 15:38 | Bölmə: Dünya
İsrail-HƏMAS müharibəsi ilə bağlı qorxulu ssenari…

ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Leon Panetta İsrail-HƏMAS müharibəsi ilə bağlı qorxunc ssenarilər səsləndirib.

Reyting.az
xəbər verir ki, L. Panetta İsrail ordusunun Qəzzada quru əməliyyatının mümkün ssenarilərinə diqqət çəkib. Panetta deyib ki, İsrailin quru əməliyyatında hər evə qarşı döyüşmək lazım gələcək:

“Quru əməliyyatlarının təhlükələri var. Burada problem odur ki, Qəzzaya girəndə evdən-evə döyüşməli olacaqsınız və sonda bunun baha başa gəlməsi mümkündür. Ancaq qarşı tərəfdən vəziyyətə baxdıqda İsrailin Qəzzada HƏMAS-ı əzmək lazım olduğuna dair bir qərar verdiyi aydın görünür”.

İsrailin mümkün quru əməliyyatında hər iki tərəfin ciddi itkilər verə biləcəyini proqnozlaşdıran Panetta əlavə edib ki, bu addım Yaxın Şərqdə reaksiya dalğası yarada və “kövrək normallaşma” səylərinə zərər verə bilər.

ABŞ-ın sabiq rəsmisinin sözlərinə görə, İsrailin hazırkı hücumu 2004-cü ildə İraqın Fəllucə şəhərində baş verənləri xatırlada bilər. Panettanın fikrincə, qonşu dövlətlər dəstək versə, Qəzzada müqavimət daha uzun sürəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}