20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Krım körpüsü tüstülənir - Ukrayna raketləri işə salıb, yoxsa...
Tarix: 01-11-2023 13:20 | Bölmə: Dünya
Krım körpüsü tüstülənir - Ukrayna raketləri işə salıb, yoxsa...

Bu gün səhər Sevastopolda hava hücumu xəbərdarlığı başlayıb. Yerli məmur Mixail Razvojaev əhalini təhlükəsizlik tədbirləri çərçivəsində qazı, suyu və işığı kəsməyə çağırıb.

Reyting.az
xəbər verir ki, işğal olunmuş Krım şəhərində səhər saat 09:50-də həyəcan təbili çalınıb. Razvojaev tövsiyələri nəzərdə tutan video yayımlayıb.

O, Sevastopol körfəzi ərazisində tüstülənmənin mümkün olduğuna işarə edib: “Standart kamuflyaj vasitələrindən istifadə edən hərbçilərdir. Nəzərinizə çatdırım ki, qoxu xoşagəlməzdir, lakin tamamilə təhlükəsizdir”.

Sevastopol sakinlərinə də xəbərdarlıq edilib.

Bu arada Rusiyanın teleqram kanallarında çaxnaşma başlayıb. Onlar raketin Krıma yaxınlaşan zaman məhv edilməsindən danışırlar.

Baza kanalı “Krım körpüsü üzərində güclü tüstü” olduğunu bildirir. Onlar bunun “məşqlər” ola biləcəyi ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu gün ruslar kamikadze dronlarla Nikopola (Dnepropetrovsk vilayətində şəhər) zərbələr endiriblər. Nəticədə 59 yaşlı qadın dünyasını dəyişib, daha 4 ukraynalı yaralanıb.

Gecə saatlarında isə Rusiya Ukraynaya qarşı hava hücumu həyata keçirib. Ukrayna səması boyunca 20 dron səmaya qaldırılıb. Ukrayna hərbçiləri 18 hədəfi vura bilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər