20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukraynada səfərbərlik: çağırış kateqoriyaları genişləndirilir
Tarix: 02-11-2023 09:07 | Bölmə: Dünya
Ukraynada səfərbərlik: çağırış kateqoriyaları genişləndirilir

Ukrayna Silahlı Qüvvələrinin Komandanı, general Valeriy Zalujnı təlim və ya səfərbərliyə çağırıla bilən vətəndaşların kateqoriyalarının genişləndirilməsinin zəruriliyini bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, general “Economist” üçün yazdığı məqalədə qeyd edib ki, onun prioritetlərindən biri ehtiyatların yaradılmasıdır.

“Rusiya öz nəhəng işçi qüvvəsi üstünlüyündən istifadə edə bilmədi, çünki Vladimir Putin ümumi səfərbərliyin siyasi böhrana səbəb ola biləcəyindən narahatdır və Rusiya kifayət qədər insan yetişdirə və təchiz edə bilməz. Bununla belə, bizim öz ərazilərimizdə ehtiyatları yetişdirmək qabiliyyətimiz var”, - Zalujnı bildirib.

Onun sözlərinə görə, Ukrayna qanunvericiliyində vətəndaşlara öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa imkan verən boşluqlar var: “Biz bu problemləri düzəltməyə çalışırıq. Biz çağırışçıların vahid reyestrini tətbiq edirik, təlimə və ya səfərbərliyə çağırıla bilən vətəndaşların kateqoriyasını genişləndirməliyik. Biz həmçinin “döyüş stajı”nı da tətbiq edirik. Təcrübəli döyüş bölmələrində təlim keçmək üçün kadrlar hazırlanıb”.

Xatırladaq ki, Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Fyodor Venislavski bildirib ki, hazırda Ukraynada səfərbərlik tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda ölkədə artıq elan edilmiş səfərbərlik çərçivəsində ərazi toplama mərkəzləri Ukrayna ordusunun döyüş meydanındakı itkilərinin əvəzlənməsini təmin edir. Bundan əlavə, onun qeyd etdiyi kimi, Ukraynada yeni ehtiyatlar formalaşır.

E.KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər