Nümayəndələr Palatası İsrailə yardım layihəsini təsdiqləyib
Tarix: 03-11-2023 07:46 | Bölmə: Dünya
Nümayəndələr Palatası İsrailə yardım layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynanın adı çəkilmədən İsrailə təxminən 14,3 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı ayrıca qanun layihəsini təsdiq edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, respublikaçıların nəzarətində olan qanunverici orqan ayrı-ayrı maliyyələşdirmə tələblərini irəli sürsə də, bu, həm Senatda, həm də Ağ evdə dəstək qazanmayıb. İki palatada deputatlar arasında fikir ayrılığı yaranır və prezident qanun layihəsi qəbul edilərsə, ona veto qoyacağı ilə hədələyib.

Məlumata görə, səsvermədə 226 konqresmen sənədin lehinə, 196-sı isə əleyhinə çıxış edib. Daha sonra sənəd baxılmaq üçün Konqresin yuxarı palatasına təqdim edilməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}