İsrail ordusundan Qəzzadakı əhaliyə çağırış: "Cənuba köç üçün müvəqqəti dəhliz açılacaq"
Tarix: 06-11-2023 15:21 | Bölmə: Dünya
İsrail ordusundan Qəzzadakı əhaliyə çağırış: "Cənuba köç üçün müvəqqəti dəhliz açılacaq"

"Qəzzanın şimalındakı mülki əhalinin cənuba keçməsi üçün bu gün müvəqqəti dəhliz açılacaq"

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrae açıqlama verib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla 10.00-14.00 arasında dəhliz açıq olacaq:

"Bölgənin şimalından cənubuna qədər uzanan Səlahəddin küçəsinin göstərilən saatlarda nəqliyyata açıq olacaq. Qəzza şəhərindəki fələstinliləri cənuba getməyə çağırırıq".

Xatırladaq k, hazırda şimalda 400 mindən çox mülki əhalinin olduğu deyilir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}