Köçəryanı həbsdən azad etmək üçün ona deputat mandatı veriblər
Tarix: 06-11-2023 20:13 | Bölmə: Dünya
Köçəryanı həbsdən azad etmək üçün ona deputat mandatı veriblər

Ermənistanın sabiq prezidenti, Xocalı cəlladlarından sayılan Robert Köçəryanın oğlu Levon Köçəryan həbsdən azad edilib.

Reyting.az
xatırladır ki, bundan əvvəl müdafiəçiləri Köçəryanın azad edilməsi haqda vəsatətlə çıxış etsələr də, məhkəmə vəsatəti rədd etmişdi.

Levon Köçəryan İrəvanda müxalifətin keçirdiyi aksiya zamanı polisə müqavimət göstərməkdə ittiham olunurdu və onun azadlığa buraxılması ehtimalı getdikcə mümkünsüz görünürdü.

Ancaq özünü erməni xalqını düşdüyü vəziyyətdən çıxarmağa “qadir” siyasətçi kimi təqdim edən, guya erməni xalqının maraqlarını daima “qoruduğu”nu iddia edən Robert Köçəryanın qərarı ilə oğlu Levon Köçəryan “Ermənistan bloku”ndan deputat mandatı alıb. Bununla bağlı Ermənistan Mərkəzi Seçki Komissiyası da qərar verib. Bundan sonra isə Levon Köçəryan həbsdən azad edilib.

Bununla da Robert Köçəryan əslində erməni xalqı qarşısında növbəti dəfə simasızlıq nümayiş etdirib, maraqları naminə istənilən addım ata biləcəyini ortaya qoyub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}