100-dən çox miqrant Polşa-Belarus sərhədindən qaytarılıb - Foto
Tarix: 13-11-2023 12:08 | Bölmə: Dünya
100-dən çox miqrant Polşa-Belarus sərhədindən qaytarılıb

24 saat ərzində Polşa sərhədçiləri yüzdən çox miqrantın Belarusla sərhədi keçməsinin qarşısını alıb, həmçinin qanunsuz miqrantları daşıyan iki ukraynalı saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, noyabrın 12-də gün ərzində əksəriyyəti Somali və Efiopiya vətəndaşları olan 112 nəfər Belarusdan Polşaya daxil olmağa cəhd edib.

Patrulu görən daha 47 nəfər geri çəkilib.

Bialovieza şəhəri ərazisində miqrantlar Polşa sərhədçilərinə daş atıb və xidməti avtomobilin şüşəsini zədələyiblər.

Narevka kəndi ərazisindən sərhədçilər miqrantlara kömək etdikləri üçün iki Ukrayna vətəndaşını saxlayıb - onlar iki suriyalını aparırmış.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}