BMT: "Myanmada münaqişənin yayılmasından narahatıq"
Tarix: 16-11-2023 12:09 | Bölmə: Dünya
BMT: "Myanmada münaqişənin yayılmasından narahatıq"

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmada münaqişənin yayılmasından dərin narahatdır".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefane Dujarric ənənəvi mətbuat konfransında deyib.

O bildirib ki, Baş katib Quterreş Myanmada döyüşən bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə və mülki insanları qorumaq üçün əllərindən gələni etməyə çağırıb.

Myanmada artıq 2 milyondan çox insanın didərgin düşdüyünə diqqət çəkən Dujarrik əlavə edib ki, zorakılığı törədənlər cavab verməlidir.

Xatırladaq ki, oktyabrın 27-dən bu ölkədə daxili savaş gedir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}