Estoniyaya keçmək istəyən miqrantların sayı artıb
Tarix: 16-11-2023 19:15 | Bölmə: Dünya
Estoniyaya keçmək istəyən miqrantların sayı artıb

Cümə axşamı 8 Somali vətəndaşı Rusiya Federasiyasından Estoniyaya daxil olmaq istəyib.

Reyting.az
-ın məlumatına görə, bu barədə ERR.ee Estoniyanın daxili işlər naziri Lauri Leanemetsə istinadla məlumat yayıb.

Nazir deyib ki, bu gün səhər saat 8:00-9:30 arasında səkkiz Somali vətəndaşı Narva vasitəsilə Estoniyaya daxil olmağa cəhd edib. Şengen vizası və ya yaşayış icazəsi olmadığı üçün onların qarşısı sərhəddə kəsilib və Rusiya Federasiyasına qayıdıblar.

Onun sözlərinə görə, daha bir neçə oxşar şəxs Rusiya sərhədinin o biri tərəfində sərhəd-keçid məntəqələrində görünüb.

Nazir əlavə edib ki, son vaxtlar Rusiyadan miqrantların lazımi giriş sənədləri olmadan ölkəyə daxil olmaq cəhdləri artıb.

Xatırladaq ki, Finlandiya Rusiya Federasiyası ilə sərhəddə bəzi keçid məntəqələrini bağlayır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}