ABŞ Ukraynaya daha 500 milyon dollar ayırıb
Tarix: 17-11-2023 13:22 | Bölmə: Dünya
ABŞ Ukraynaya daha 500 milyon dollar ayırıb

ABŞ Ukraynanın enerji sektoruna yardım üçün 500 milyon dollardan çox vəsait ayırıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanı bu qışda daha dayanıqlı etməyə çalışır və bu məqsədlə 520 milyon dollardan çox vəsait ayırıb.

C. Pyatti deyib ki, ayrılan maliyyə yeni transformatorların alınmasına və Putinin (Rusiya prezidenti) məhv etdiklərinin bərpasına xərclənəcək.

O əlavə edib ki, bu, onun Ukrayna hökumətinin nümayəndələri ilə Avropa ilə təmiz, dayanıqlı və tam inteqrasiya olunmuş enerji sisteminin qurulması ilə bağlı söhbətinin mühüm hissəsidir.

Daha əvvəl məlumat verilmişdi ki, Danimarka Ukraynanın Enerji Dəstəyi Fonduna 7 milyon avro köçürür və bu vəsait Rusiyanın hücumları nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpası üçün avadanlıqların alınmasına istifadə olunacaq.

Bundan əvvəl məlum olub ki, Litva da Rusiya Federasiyasının yeni hücumlarına məruz qalacağı gözlənilən enerji sektorunda Ukraynaya kömək edəcək.

Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer də Ukraynanın enerji imkanlarını dəstəkləmək planlarını açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}