Rusiyanın raket daşıyıcısı yenidən Qara dənizdə peyda olub
Tarix: 17-11-2023 15:52 | Bölmə: Dünya
Rusiyanın raket daşıyıcısı yenidən Qara dənizdə peyda olub

Uzun fasilədən sonra Rusiyanın reaktiv raket daşıyıcısı yenidən Qara dənizdə görünüb.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələri Cənub Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Xerson istiqamətində gərginlik davam edir.

“Bir müddət fasilədən sonra rus işğalçıları Qara dənizə 8 kalibrli qanadlı raketlərlə təchiz edilmiş reaktiv daşıyıcı aparatını buraxıblar. Onunla yanaşı, daha bir gəmi növbətçiliyi var və bir döyüş hissəsi də Azov dənizindədir”, - deyə məlumatda qeyd edilir.

Bu arada onu da qeyd edək ki, gün ərzində (saat 7:00-dan 7:00-a qədər) ruslar Xerson vilayətinə 22 idarə olunan bombadan istifadə etməklə 6 hava zərbəsi endirib. Həmçinin, Kizomis, Antonovka və Zolotaya Balka yaşayış məntəqələrinə pilotsuz uçan aparatları ilə 4 zərbə endirilib və digər modifikasiyalı PUA-lardan 6 ədəd parçalanmış hərbi sursat atılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}