Finlandiya Rusiya ilə dörd sərhəd keçidini bağlayıb
Tarix: 18-11-2023 14:29 | Bölmə: Dünya
Finlandiya Rusiya ilə dörd sərhəd keçidini bağlayıb

Finlandiya sığınacaq axtaranların sayının kəskin artmasının qarşısını almaq üçün Rusiya ilə dörd sərhəd keçidini bağlayıb və inanır ki, bunu Moskvanın təhriki ilə edib.

Reyting.az
xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo Rusiyanı müvafiq sənədləri olmayan insanların sərhədi keçməsinə qəsdən köməklik göstərməkdə ittiham edib.

Dörd sərhəd keçidinin bağlandığını təsdiqləyən Orpo deyib ki, Finlandiyanın uzaq şimalındakı Salla və Vartius sərhəd keçidləri sığınacaq müraciətlərini qəbul etmək üçün açıq qalacaq.

Finlandiya Sərhəd Mühafizə Xidməti bildirib ki, cümə günü gecə yarısından etibarən Finlandiyanın cənub-şərqindəki Vaalimaa, Nuijamaa, İmatra və Niirala sərhəd məntəqələrində maneələr quraşdırılacaq.

Helsinki Rusiyanı Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq bu keçidlərə miqrant göndərməkdə ittiham edib.

Sərhədçilərin məlumatına görə, bu həftə Finlandiyaya 300-ə yaxın sığınacaq axtaran şəxs gəlib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}