20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Terrorçunun məktubu ABŞ-da gərginlik yaradıb
Tarix: 18-11-2023 15:01 | Bölmə: Dünya
Terrorçunun məktubu ABŞ-da gərginlik yaradıb

2011-ci ildə öldürülən “Əl Qaidə” lideri Usamə bin Ladenin 2002-ci ildə ABŞ xalqına yazdığı məktub Fələstin müharibəsindən sonra sosial mediada milyonlarla dəfə paylaşılaraq böyük səs-küyə səbəb olub.

Reyting.az
-ın xəbərinə görə, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən hücumlardan sonra Usamə bin Ladenin yazdığı “Amerikaya məktub” “TikTok” və “X” (Twitter) daxil olmaqla sosial media platformalarında milyonlarla dəfə paylaşılıb.

Məktubda bildirilib ki, 11 sentyabr hücumlarının səbəblərindən biri kimi ABŞ-ın İsrailə verdiyi dəstək, Fələstinə təzyiq göstərilsə də, ABŞ gənclərinin “Əl-Qaidə”nin keçmiş liderinə rəğbət bəsləməyə başlayıb.

Bəzi sosial media istifadəçiləri məktubda ABŞ-ın Yaxın Şərqdəki münaqişələrdə iştirakı ilə bağlı alternativ perspektiv təklif etdiyini irəli sürüblər. Bunun üzərinə “X” və “TikTok” platformalarından “Amerikaya məktub” etiketi ilə paylaşılan yazıları silinib.

Məktubu təbliğ edən istifadəçiləri qınayan “TikTok” məktuba istinad edən hər hansı məzmunu siləcəyi barədə xəbərdarlıq edib.

Məktubun tərcüməsini dərc edən və gündəmə gəlməsinə səbəb olan İngiltərənin “The Guardian” qəzeti xəbəri internet saytından sildiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər