İordan çayının qərb sahilində öldürülən fələstinlilərin nəşi verilmir
Tarix: 04-12-2023 16:00 | Bölmə: Dünya
İordan çayının qərb sahilində öldürülən fələstinlilərin nəşi verilmir

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha 2 fələstinlini güllələyib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qalkilya şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib. Amma İsrail hərbçiləri onlaırn nəşini ailələrinə verməkdən imtina edib.

Məlumatda o da deyilir ki, oktyabrın 7-dən bəri işğal altında olan İordan çayının qərb sahilində öldürülən fələstinlilərin sayı 256-ya yüksəlib.

Bu xəbərlə yanaşı, İsrail qüvvələrinin 30 hərbi maşınla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə daxil olaraq fələstinlilərə məxsus evlərə basqın etdiyi də iddia olunur.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}