20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kəşfiyyatın keçmiş rəhbəri baş nazirin istefasını tələb edir
Tarix: 05-12-2023 10:04 | Bölmə: Dünya
Kəşfiyyatın keçmiş rəhbəri baş nazirin istefasını tələb edir
Yuval Diskin

Oktyabrın 7-dən İsraillə HƏMAS arasında qarşıdurmalar başlayandan Tel-Əvivdə baş nazir Benyamin Netanyahuya qarşı bəyanatlar artır və ona təzyiqlər dayanmır.

Reyting.az
xəbər verir ki, İsrail Daxili Kəşfiyyat İdarəsi - Şin-Betin (Şabak) sabiq direktoru Yuval Diskin “Netanyahu niyə dərhal evə qayıtmalıdır?” adlı məqalə ilə çıxış edib.

“Onun oktyabrın 7-dən bəri davranışı Netanyahunun niyə dərhal evə qayıtması lazım olduğunu çox gözəl izah edir”,- yazan Diskin fikrincə, İsrailin baş naziri ilk iki həftə ərzində “öz dünyası tərəfindən məhv edilmiş soyuq, məğlub bir adam” obrazını canlandırıb.

Kəşfiyyatın keçmiş rəhbəri baş nazir Netanyahunu 7 oktyabr hücumlarının uğursuzluğuna görə məsuliyyəti üzərinə götürməkdən imtinada da ittiham edib.

O, məqaləsində yazıb: “Hücumların ilkin şokunu aradan qaldırdıqdan sonra o, zərrə qədər də günah və məsuliyyət hiss etmədi. Nə də qurbanların ailələrinə empatiya göstərmədi”.

Netanyahunu “bədən dili soyuq, təkəbbürlü və reallıqdan qaçan biri” kimi xarakterizə edən Diskin yazıb ki, HƏMAS-ın əlində hələ də israilli məhbusların olduğunu nəzərə aldıqda, İsrail baş nazirinin vəzifəsində qalmasının mənası yoxdur.

Diskin, İsrail baş nazirinin ölkənin ehtiyac duyduğu təkmilləşdirmələr üçün lazım olan təvazökarlığa sahib olmadığını, ölkənin problemlərini həll etmək üçün yeni nəfəsə ehtiyac olduğunu bildirib.

İsrail kəşfiyyatının keçmiş rəisi yazıb:

“Növbəti seçkilərdə biz yeni, dəyərli, təvazökar və hər şeydən əvvəl özünü deyil, xalqını sevən bir hökumət seçməliyik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər