18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İran İsrailə qarşı sanksiyalara çağırış edib
Tarix: 05-12-2023 18:57 | Bölmə: Dünya
İran İsrailə qarşı sanksiyalara çağırış edib

Beynəlxalq ictimaiyyət İsrail istehsalı olan mallara embarqo qoymalı, yəhudi dövləti isə Qəzza zolağında törətdiyi hərbi cinayətlərə görə cəzalandırılmalıdır.

Reyting.az
xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, İsrailə enerji ixracını dayandırmaq, həmin ölkədə istehsal olunan mallara embarqo tətbiq etmək və Qəzza zolağı xalqı ilə həmrəylik nümayiş etdirmək lazımdır.

Abdullahian əlavə edib ki, İsrail rejiminin hərbi cinayətkarları beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}