16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Rusiyada prezident seçkilərinin tarixi müəyyənləşir
Tarix: 06-12-2023 15:19 | Bölmə: Dünya
Rusiyada prezident seçkilərinin tarixi müəyyənləşir

Dekabrın 7-də Federasiya Şurasının plenar iclasında Rusiyada prezident seçkilərinin tarixini 2024-cü il martın 17-nə təyin edən qətnaməyə baxılacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas məlumat verib.

A. Klişas deyib ki, qətnamə layihəsi hazırlanıb və prezident seçkilərinin martın 17-nə təyin edilməsi təklif olunur.

O izah edib ki, dekabrın 7-dən Federasiya Şurasının qanunla prezident seçkiləri təyin edə biləcəyi müddət başlayır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib