18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Keçmiş deputatın meyiti oteldə tapılıb
Tarix: 06-12-2023 20:34 | Bölmə: Dünya
Keçmiş deputatın meyiti oteldə tapılıb

Moskva vilayətinin Odintsovo rayonunda Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin həmsöhbəti bildirib ki, Odintsovo rayonunun Suponevo kəndində, Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb. Onun başında yara aşkar edilib.

Onun sözlərinə görə, meyit otellərdən birində tapılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

İlya Kiva mart ayında Ali Radada mandatdan məhrum edilib. O, SVO-nu dəstəkləyib və Ukrayna rəhbərliyini tənqid edib. Noyabrda Lvov məhkəməsi onu dövlətə xəyanət də daxil olmaqla bir neçə maddə üzrə təqsirli bilib, qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Kivaya qarşı qiyabi ittiham irəli sürülüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}