ABŞ bazalarına yenidən hücum olub
Tarix: 23-01-2024 09:51 | Bölmə: Dünya
ABŞ bazalarına yenidən hücum olub

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz qurğusuna hücum edilib.

Reyting.az
xəbər verir ki, hucumdan sonra hər hansı itkinin olub-olmadığı məlum deyil.

ABŞ rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, ABŞ ordusunun Həsəkə və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən tez-tez mənşəyi naməlum raketlər və kamikadze dronlarla hədəfə alınır.

Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}