18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ Rusiyanı xəbərdar edib: kosmosa nüvə silahı yerləşdirməyin!
Tarix: 23-02-2024 18:49 | Bölmə: Dünya
ABŞ Rusiyanı xəbərdar edib: kosmosa nüvə silahı yerləşdirməyin!

ABŞ Rusiyaya çoxlu sayda peykləri sıradan çıxara biləcək yeni nüvə silahlarının kosmosda yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, bu barədə "The Wall Street Journal"ın materialında deyilir.

Nəşr kosmosa nüvə silahının yerləşdirilməsinin Kosmos Müqaviləsini pozacağını və ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükə altına atacağını qeyd edən adı açıqlanmayan Amerika rəsmilərinə istinad edib.

Məlumata görə, ABŞ nümayəndələri məsələ ilə bağlı Çin, Hindistan, G7 ölkələri və kosmosda maraqları və Moskva ilə əlaqələri olan digər yaxın müttəfiqlərlə də əlaqə saxlayıblar.

Qeyd olunur ki, bu, ABŞ prezidenti Co Bayden administrasiyasının təhlükəni aradan qaldırmaq üçün başlatdığı diplomatik kampaniyanın bir hissəsidir.

Nəşrin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Rusiya prezidentinin müşaviri Yuri Uşakov telekanallardan birinə cəlb olunublar.

Bundan əlavə, ABŞ rəsmisi bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ötən həftə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə əlaqə saxlayıb.

Qeyd edək ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü ABŞ-ın ruslarla peyk əleyhinə silahlarla əlaqədə olduğunu təsdiqləyib, lakin konkret məlumat verməkdən imtina edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}