Nigeriyadakı hücumda 16 hərbçi öldürülüb - Foto
Tarix: 18-03-2024 12:51 | Bölmə: Dünya
Nigeriyadakı hücumda 16 hərbçi öldürülüb

Nigeriyada hərbçilərə silahlı hücum olub. Hücum nəticəsində 16 hərbçi öldürülüb.

Reyting.az
-ın xəbərinə görə, Nigeriya müdafiə informasiya müdiri Tukur Qusau bildirib ki, Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərə hücumlarda iki mayor və bir kapitan da olmaqla 16 hərbçi həyatını itirib.

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyən Qusau əlavə edib ki, bir neçə şəxs nəzarətə götürülüb və hücumun səbəbi araşdırılır.



Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə bölgə sakinlərinin hücumdan sonra qorxudan evlərini tərk etdiyi bildirilib.

Neftlə zəngin Delta əyalətindəki bir çox icma torpaq və ya neft dağılmalarına görə enerji şirkətlərindən kompensasiya almaqla bağlı tez-tez, bəzən ölümcül münaqişələrlə üzləşir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}