Ukrayna ordusu Nevski bölgəsində rus əsgərlərini dayandırıb
Tarix: 20-06-2024 17:50 | Bölmə: Dünya
Ukrayna ordusu Nevski bölgəsində rus əsgərlərini dayandırıb

Ukrayna Silahlı Qüvvələri Nevski ərazisində (Liman istiqamətində) Rusiya ordusunun qarşısını sərt şəkildə alıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı günün əvvəlindən hərbi toqquşmaların sayının artıq 58-ə çatdığını bildirib.

Məlumata görə, ruslar Pokrovski və Kramatorsk istiqamətlərində çox fəaldırlar.

Qeyd olunur ki, Çerniqov və Sumı vilayətlərinin sərhədyanı ərazisi Rusiya ərazisindən artilleriya atəşinə məruz qalmaqda davam edir. Həmçinin, ruslar öz ərazisindən Xarkov vilayətini bombalayırlar.

Baş Qərargah bəyan edir ki, hazırda Kupyanski istiqamətində Sinkovka, Stepnaya Novoselovka, Stelmaxovka və Pesçanı rayonlarında 7 hərbi toqquşma davam edir.

“Müdafiəçilər Nevski bölgəsində düşməni sərt şəkildə dayandırsalar da, işğalçılar hücumlarını davam etdirirlər”,- Baş Qərargahın məlumatında qeyd olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər