Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - Fotolar
Tarix: 16-07-2024 09:48 | Bölmə: Dünya
Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Reyting.az
xəbər verir ki, Tramp Milvauke şəhərində Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.

Konqres iştirakçıları Trampı alqışlarla, keçmiş prezident isə onları təbəssümlə qarşılayıb.

İclasa qulağında sarğı ilə qatılan Trampı bu gün elan etdiyi vitse-prezidentliyə namizəd J.D.Vens müşayiət edib.

Xatırladaq ki, ABŞ-nın keçmiş prezidenti Tramp şənbə günü Pensilvaniya ştatındakı mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən ona silahlı hücum olub. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.




ELÇİN




Bölməyə aid digər xəbərlər