Trampın dostunun çoxlu nüvə silahı var
Tarix: 22-07-2024 10:44 | Bölmə: Dünya
Trampın dostunun çoxlu nüvə silahı var

ABŞ-nın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Miçiqanda keçirilən mitinqdə Şimali Koreya lideri Kim Çen haqqında danışıb.

Reyting.az
xəbər verir ki, Tramp Kim Çen ilə dostluğunu tərifləyib və onu beysbol oyununa aparmaq istədiyini bildirib.

Tramp Şimali Koreya lideri haqqında danışarkən deyib ki, uzlaşmaq daha yaxşıdır:

"Mən ona "niyə başqa bir şey etmirsən?" dedim. Ona dincəl, sakit ol,- dedim. Onun kifayət qədər nüvə silahı var. Dedim ki, dincəl, beysbol oyununa gedək, mən sənə beysbol oynamağı göstərəcəm".

ELÇİN




Bölməyə aid digər xəbərlər