Nazir Rusiyanı Avropa üçün böyük təhlükə sayır
Tarix: 22-07-2024 17:04 | Bölmə: Dünya
Nazir Rusiyanı Avropa üçün böyük təhlükə sayır

Avropa üçün ən böyük təhlükə Rusiyadır. Bunu Almaniyanın xarici işlər naziri Annalena Beerbok “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında bildirib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, A. Barbok qeyd edib ki, bu gün Rusiya Avropa üçün ən böyük təhlükəsizlik təhdididir.

Nazir əlavə edib ki, Avropa İttifaqı (Aİ) Moskva ilə fərqli münasibət qurmaq istəsə də, bu cəhdlər uğursuz alınıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər