Polis su qabını silah sanaraq qadını öldürüb
Tarix: 25-07-2024 08:29 | Bölmə: Dünya
Polis su qabını silah sanaraq qadını öldürüb

ABŞ-da polis qadını əlindəki su qabını təhlükəli hesab etdiyi üçün öldürüb.

Reyting.az
xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilir ki, Birləşmiş Ştatların İllinoys ştatında polisə quldurlar barədə məlumat daxil olub. Bundan sonra iki məmur əraziyə baxış keçirib, lakin heç kimi tapmayıb. Polislərdən biri 36 yaşlı qaradərili qadının əlindəki su qabını silah hesab edərək, onu öz evində öldürüb.

Olayla bağlı araşdırma aparılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər