Xarkov uğrunda döyüşlər şiddətlənir
Tarix: 25-07-2024 11:43 | Bölmə: Dünya
Xarkov uğrunda döyüşlər şiddətlənir

“Ruslar əvvəlcə xaos yaradıb ukraynalıları bölgədən qaçmağa məcbur etmək və sonra Xarkovu işğal etmək istəyirdi. Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərini atəşə tutmasının qarşısını almaq üçün qondarma bufer zonası yaratmağa çalışırdılar, lakin nəticədə Rusiya Federasiyasının Belqorod vilayətinin bir hissəsi belə zonaya çevrilib”.

Reyting.az
xəbər verir ki, bunu Xarkov əməliyyat-taktiki qrupunun spikeri Vitali Sarantsev Rusiya qüvvələrinin israrla Lipets bölgəsinə hücumundan danışarkən deyib.

V. Sarantsev Rusiyanın Xarkov vilayətində keçirdiyi əməliyyatın məqsədlərindən danışarkən bildirib ki, ruslar həm də, bu hücumlarla İsveçrədə keçiriləcək Sülh Sammiti ərəfəsində “əlavə xal” qazanmağa ümid edir və mümkün danışıqlar prosesində mövqelərini gücləndirməyə çalışırlar.

Spiker əlavə edib ki, Volçansk ruslar üçün Kupyansk istiqamətində Müdafiə Qüvvələrinin arxa hissəsinə çıxış ola bilər, lakin onlar orada da irəliləyə bilmirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər