Harris xalqı prokurorla cinayətkar arasında seçim etməyə çağırır
Tarix: 25-07-2024 12:11 | Bölmə: Dünya
Harris xalqı prokurorla cinayətkar arasında seçim etməyə çağırır

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacağı gözlənilən vitse-prezident Kamala Harris seçki çıxışı zamanı Donald Trampın ünvanına söylədiyi sərt sözlərilə diqqət çəkir.

Reyting.az
xəbər verir ki, Harris ilk seçki mitinqini Viskonsin ştatında keçirib.

Prezident seçkilərinin əsas əyalətlərindən biri olan Viskonsin ştatının Milvauke şəhərində minlərlə insan qarşısında çıxış edən Harris deyib ki, Trampla onun arasında seçimin “azadlıq və xaos arasında” və ya “keçmiş prokurorla məhkum edilmiş cinayətkar arasında” olacaq.

Harris qeyd edib ki, Tramp milyarderlər tərəfindən dəstəklənir, ayrı-ayrı şəxslərin və şirkətlərin xüsusi maraqlarını təmsil edir, seçki kampaniyasında isə əsas məqsədlərinin "öncə insanlar" olduğunu deyir.

Trampın siyasətinin köhnəlmiş və geri qaldığını bildirən Harris əlavə edib: “Biz geri dönməyəcəyik. Çünki mübarizəmiz gələcək uğrundadır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər