İran polisi dolaysı ilə yeni prezidentə xəbərdarlıq edib
Tarix: 25-07-2024 13:19 | Bölmə: Dünya
İran polisi dolaysı ilə yeni prezidentə xəbərdarlıq edib

İranda keçirilən prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkian qalib gəldikdən sonra ölkədə daha mötədil siyasət gözləntiləri artsa da, İran polisi bunun əksinə açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, İran Polis İdarəsinin ikinci şəxsi Qasım Rezai bəyan edib ki, islami geyim qaydaları həm qanuni öhdəlikdir, həm də dinin əmridir.

"Ona görə də heç nə dəyişməyəcək. Qaydaları pozanlara dözülməyəcək", - Q. Rezai bildirib.

Polisin rəhbər şəxsi heç bir yeni siyasi dalğa və ya hakimiyyət dəyişikliyindən təsirlənməyəcəklərini deyib.

Bu bəyanat yeni prezident Məsud Pezeşkiana “xəbərdarlıq” kimi qəbul edilir.

Seçkilərdə islahatçı kimi mühafizəkar rəqiblərini geridə qoymağı bacaran Pezeşkian seçki kampaniyası zamanı əxlaq polisinin təzyiqlərini tənqid edib və vəzifəyə gələcəyi təqdirdə buna son qoyacağını bildirib.

Xatırladaq ki, İranda “əxlaq polisi” adlanan struktur dinə əsaslanan qadağalara əməl edilib-edilmədiyini yoxlamaqda məsuldur. Onun bu münasibəti beynəlxalq ictimaiyyətlə yanaşı, daxili müxalifətin də reaksiyasına səbəb olur.

Onu da qeyd edək ki, İranda əxlaq polisi qaydaları pozduğuna inandığı hər kəsi həbs etmək səlahiyyətinə malikdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər